Azərbaycan, Bakı, 21 yanvar /Trend/
Yanvarın 20-də 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Manisa şəhərində təşkil olunmuş "2014 Mercedes-Benz Ege Kuboku" turnirində ilk oyununu keçirib.
Trend xəbər verir ki, AFFA-nın saytında bu gün yerləşdirilmiş məlumata əsasən, 20 yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar futbolçularımız meydana qara sarğı ilə çıxıblar.
Yunanıstan komandasına qarşı keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşıb.