...

Yozef Blatter Azərbaycanda futbolun inkişafına inanır (FOTO)

İdman Materials 25 Yanvar 2014 12:18 (UTC +04:00)
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.
Yozef Blatter Azərbaycanda futbolun inkişafına inanır (FOTO)

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, son dövrlərdə Azərbaycanda futbolun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər barədə FIFA rəhbərliyinə ətraflı məlumat verilib, Bakıda inşası davam edən, 65 min azarkeş tutumuna malik olacaq Olimpiya stadionunun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub, geniş fikir mübadiləsi aparılıb.

Y.Blatter görülən işlərdən razılığını bildirib, Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycanda qadın idmanının inkişafı sahəsində görülən işləri yüksək qiymətləndirərək AFFA-nı "Qadın və İdman" diplomu ilə təltif etməsi münasibətilə təbrik edib, həyata keçirilən tədbirlərin ölkəmizdə futbolun inkişafına böyük təkan verəcəyinə inandığını deyib.

Görüşdə FIFA-nın Avropa üzrə inkişaf meneceri Eva Pasquier və AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti