...

Azərbaycanın futbol məşqçiləri "Bavariya"nın bazasında olublar (FOTO)

İdman Materials 16 Fevral 2014 12:59 (UTC +04:00)
Azərbaycanın müxtəlif yaş qruplarından ibarət yığma komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub.
Azərbaycanın futbol məşqçiləri "Bavariya"nın bazasında olublar (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Azərbaycanın müxtəlif yaş qruplarından ibarət yığma komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub.

Trend AAFA-ya istinadən məlumat verir ki, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində "Bavariya" (Münhen) klubunun bazası ilə tanış olublar.

Onlar komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti