...

"Neftçi" "Traktor Sazi"yə yoldaşlıq oyunu keçirmək təklif etdi

İdman Materials 21 Fevral 2014 18:26 (UTC +04:00)
“Neftçi” PFK “Traktor Sazi Təbriz” futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib.
"Neftçi" "Traktor Sazi"yə yoldaşlıq oyunu keçirmək təklif etdi

Azərbaycan, Bakı, 21 fevral /Trend/

"Neftçi" PFK "Traktor Sazi Təbriz" futbol klubunu İran kubokunu qazanması münasibətilə təbrik edib.

Trend klubun saytına istinadən məlumat verir ki, PFK tərəfindən göndərilən rəsmi məktubda "Traktor Sazi Təbriz" FK-ya yoldaşlıq oyunu keçirmək təklif edilib. Bu xəbər İran mətbuatında böyük əks-səda doğurub. İranın məşhur xəbər saytlarında bununla bağlı məqalələr dərc olunub.

Yazıların birində "Traktor Sazi Təbriz" FK-nın baş məşqçisi Toni Oliveyranın mətbuat konfransında "Neftçi" PFK-nın bu təklifinə münasibət bildirdiyi qeyd olunub: "Neftçi" ilə oyun komandamız üçün çox faydalı ola bilər".

Digər məqalədə "Neftçi"nin Təbriz komandaları ilə keçirdiyi oyunlar xatırlanıb. Qeyd olunub ki, "Neftçi" sonuncu dəfə 1991-ci ildə qarşılaşdığı "Traktor Sazi" və "Maşın Sazi" klublarını müvafiq olaraq 4:2 və 3:1 hesabı ilə məğlub edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti