...

Azad Rəhimov: Bütün idman cəmiyyətləri qüvvələrini Bakı Avropa Oyunlarına yönəldib

İdman Materials 5 Mart 2014 11:51 (UTC +04:00)
Bütün idman cəmiyyətləri, idman sahəsində fəaliyyət göstərən bütün insanlar bütün fikirlərini, qüvvələrini 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəldib və bu iş davam edir.
Azad Rəhimov: Bütün idman cəmiyyətləri qüvvələrini Bakı Avropa Oyunlarına yönəldib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/

Bütün idman cəmiyyətləri, idman sahəsində fəaliyyət göstərən insanlar fikirlərini, qüvvələrini 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarına yönəldib və bu iş davam edir. Trend-in məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycan Avropa Oyunlarının keçirilməsinə tam hazır olacaq: "Bizi 2015-ci ildə ən böyük, ən möhtəşəm bir tədbir olan ilk Bakı Avropa Oyunları gözləyir. Həqiqətən də inanırıq ki, gələn il həmin vaxt oyunları keçirməyə tam hazırlıqlı olacağıq və biz əminik ki, ən gözəl, ən möhtəşəm oyunlar Bakı şəhərində keçiriləcək".

Qeyd edək ki, 5 mart Azərbaycanda Bədən tərbiyəsi və idman günü kimi qeyd edilir. Bununla əlaqədar başda nazir Azad Rəhimov olmaqla Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib, ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı üzərinə əklil qoyubar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti