...

UEFA üzvləri 2018-ci ildən Millətlər Liqası turnirinin başlanmasına yekdilliklə səs veriblər

İdman Materials 27 Mart 2014 11:22 (UTC +04:00)
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 54 üzvünün hamısı "2018-2022-ci illər üzrə milli futbol komandaları üzrə qətnamə"yə yekdilliklə səs veriblər. Həmin sənədə görə 2018-ci ildən millətlər Liqası turnirinə start veriləcək.
UEFA üzvləri 2018-ci ildən Millətlər Liqası turnirinin başlanmasına yekdilliklə səs veriblər

Azərbaycan, Bakı, 27 mart / Trend/

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) 54 üzvünün hamısı "2018-2022-ci illər üzrə milli futbol komandaları üzrə qətnamə"yə yekdilliklə səs veriblər. Həmin sənədə görə 2018-ci ildən millətlər Liqası turnirinə start veriləcək. Trend-in məlumatına görə, bu barədə "R-Sport" agentliyi təşkilatın rəsmi saytına istinadən xəbər yayıb.

Turnirin dəqiq formatı hələlik təsdiqlənməsə də onun iki ildən bir keçiriləcəyi və yığmalar arasında yoldaşlıq oyunlarını əvəz edəcəyi planlaşdırılıb. Komandalar üç və ya dörd diviziona bölünəcəklər.

Ali divizionda 16 yığma oynayacaq ki, onlar 4 komanda üzrə 4 qrupa bölünəcəklər və rəqiblərin hər biri ilə evdə və səfərdə oyun keçirəcəklər. Hər bir qrupun qalibi neytral ərazidə keçiriləcək "Dördlər finalı"na düşəcək.

Milli yığma komandaların yarışları komitəsinin rəhbəri Volfqanq Nirsbax deyib: "Biz UEFA üzvlərinin yeni turnirin yaradılmasına dair qərarını qəbul edir və ona hörmət edirik. Bu Avropanın milli komandaları üçün böyük addımdır və azarkeşlərin yeni formatı dəstəkləyəcəklərinə ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti