...

Azərbaycan velosipedçiləri Rusiyanın açıq birinciliyində iştirak ediblər

İdman Materials 31 Mart 2014 11:18 (UTC +04:00)
Rusiyanın Anapa şəhərində yeniyetmələrdən ibarət velosipedçilər arasında açıq ölkə birinciliyinin ilk mərhələsi keçirilib.
Azərbaycan velosipedçiləri Rusiyanın açıq birinciliyində iştirak ediblər

Azərbaycan, Bakı, 31 mart /Trend/

Rusiyanın Anapa şəhərində yeniyetmələrdən ibarət velosipedçilər arasında açıq ölkə birinciliyinin ilk mərhələsi keçirilib. Hazırda təlim-məşq məqsədilə baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında Anapada hazırlıq prosesi keçən yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də bu yarışda iştirak ediblər.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya birinciliyinin birinci mərhələsində iştirakçılar dağ yolları ilə 100 km məsafə qət ediblər.

İdmançılarımızdan ən yaxşı nəticəyə Elgün Əlizadə imza atıb. O, yürüşün qalibi, məsafəni 2 saat, 40 dəqiqə, 50 saniyəyə başa vuran rusiyalı Nikolay Çerkasovdan 2 dəqiqə, 28 saniyə geri qalmaqla 7-ci yeri tutub. Qeyd edək ki yürüşdə ümumilikdə 171 velosipedçi iştirak edib.

Daha sonra velosipedçilərimiz qrup halında start götürməklə 35 km məsafəyə ümumrusiya yarışlarında da mübarizə aparıblar. Burada da Elgün Əlizadə fərqlənməyi bacarıb - o mərhələ qalibi, yerli idmançı Iqor Kuznetsovdan 4 saniyə geri qalmaqla 11-ci olub - 50 dəqiqə, 5 saniyə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti