...

Martino "Barselona"nı tərk edəcək, onu Klopp əvəz edə bilər

İdman Materials 14 Aprel 2014 13:22 (UTC +04:00)
Herardo Martino mövsüm başa çatdıqdan sonra "Barselona"nın baş məşqçisi postunu tərk edəcək.
Martino "Barselona"nı tərk edəcək, onu Klopp əvəz edə bilər

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Herardo Martino mövsüm başa çatdıqdan sonra "Barselona"nın baş məşqçisi postunu tərk edəcək. Onu əvəz edəcək əsas namizəd Dortmundun "Borussiya" futbol klubunun məşqçisi Yurgen Klopdur. Trend-in məlumatına görə, bu barədə As agentliyi xəbər verir.

Nəşrin məlumatına görə, hətta İspaniya kubokunun finalında Madridin "Real" komandası üzərində qələbə də Martinoya öz postunu saxlamağa kömək etməyəcək. "Barselona"nın direktoru Andoni Subisarreta "El Mundo Deportivo"ya müsahibəsində bəyan edib ki, Martino müqavilənin sonunadək işləmək niyyətindədir.

Martinonun rəhbərliyi altında "Barselona" dörddə bir final mərhələsində Madridin "Atletiko" komandasına uduzaraq (1:2) Çempionlar Liqasını tərk edib. İspaniya çempionatında "Barsa" üçüncü yerdədir və lider "Atletiko"dan 4 xal geridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti