...

Vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turniri keçirilib (FOTO)

İdman Materials 3 May 2014 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

May ayının 3-də vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-cı ildönümünə həsr olunmuş ənənəvi şahmat turnirinə yekun vurulmuşdur.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışlara aprel ayının 12-də start verilmişdir. Vergilər Nazirliyin struktur bölmələrinin əməkdaşlarının iştirak etdiyi turnir Olimpiya sistemi üzrə keçirilmişdir.

Vergilər nazirinin müşaviri Asif Cahangirov yarışın maraqlı rəqabət şəraitində keçdiyini bildirmiş, qalib gəlmiş əməkdaşları diplomlarla təltif etmişdir.

Turnirin qalibi Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov olmuşdur. Vergi Auditi Departamentinin əməkdaşı Azay Məmmədov turnirdə 2-ci yeri tutmuşdur. 3-cü yer uğrunda yarışda Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov qalib gəlmişdir.

Şahmat turnirində Azərbaycanın istedadlı şahmatçısı Vüqar Həşimovun xatirəsini yad etmək məqsədilə ən sürətli qələbə üçün xüsusi mükafat və diplom təsis edilmişdir. Həmin mükafata Vergilər Nazirliyinin Aparat rəhbərinin müavini Əli Həsənov layiq görülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti