...

Araz Abdullayev millidən kənarda qaldı

İdman Materials 7 May 2014 15:37 (UTC +04:00)
Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Araz Abdullayev millidən kənarda qaldı

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 27-də San Fransisko şəhərində ABŞ yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Trend AFFA-ya istinadən məlumat verir ki, Araz Abdullayev zədəli olduğu üçün heyətdən çıxarılıb. Adı ehtiyat oyunçular siyahısında olan Ufuk Budak ("Gaziantep" B. Ş. B. S. Türkiyə) və Pərdis Fərcad-Azad ("Sumqayıt") heyətə dəvət edilib.

Mayın 27-də San-Fransisko şəhərindəki "Candlestick Park" stadionunda, yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə 28 may, saat 07:00) ABŞ və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər də müəyyənləşib:

Baş hakim: Henry Bejarano (Kosta Rika)
Baş hakimin köməkçiləri: Warner Castro, Carlos Fernandez (hər ikisi - Kosta Rika)
Dördüncü hakim: Armando Castro (Honduras)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti