...

Messi dünyanın ən bahalı futbolçusudur

İdman Materials 5 İyun 2014 10:38 (UTC +04:00)
Beynəlxalq İdman Tədqiqat Mərkəzi (CIES) "Barselona"nın və Argentina yığmasının forvardı Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb.
Messi dünyanın ən bahalı futbolçusudur

Azərbaycan, Bakı, 5 iyun /Trend /

Beynəlxalq İdman Tədqiqat Mərkəzi (CIES) "Barselona"nın və Argentina yığmasının forvardı Lionel Messini dünyanın ən bahalı futbolçusu adlandırıb. Bu barədə Trend İnterfaks-a istinadən xəbər yayıb.

Futbol bazarının öyrənilməsinə həsr edilmiş illik hesabatda deyilir ki, Messinni dəyəri 200,2 milyon avro ilə 232,6 milyon avro civarındadır.

Reytinqdə ikinci yeri Madridin "Real" və Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldo yer alıb. Onun dəyəri 105,7 milyon avro ilə 122,9 milyon avro arasında tərəddüd edir.

Üçlüyə "Liverpul"un və Uruqvay yığmasının ən yaxşı hücumçusu Luis Suares daxil edilib. CIES-in qiymətləndirməsinə görə, onun dəyəri 98,5 milyon avro ilə 114,5 milyon avro arasındadır.

Ən yaxşıların onluğuna həmçinin Eden Azar ("Çelsi"), Neymar ("Barselona"), Pol Poqba ("Yuventus"), Qaret Beyl ("Real"), Mesut Ozil ("Arsenal"), Edinson Kavani ("Pari Sen-Jermen") və Mario Qettse ("Bavariya") daxil olublar.

Ötən illə müqayisədə Messinni orta dəyəri 19 milyon avro düşüb, Kriştianu Ronaldunun isə 4 milyon avro artıb.

Reytinqdə Avropa milli çempionatlarının top-5-dən futbolçular nəzərə alınıblar.

Reytinq bir çox amilləri, yəni idmançının yaşı, müqavilənin qalan müddəti, son bir ilin statistikası, həmçinin oyunçunun gəlişindən sonra klubun nəticələrində dəyişiklikləri nəzərə alaraq tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti