...

"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisi rəsmiləşdirildi

İdman Materials 5 İyun 2014 17:51 (UTC +04:00)
Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə türkiyəli mütəxəssis Oğuz Çətin təyin olunub.
"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisi rəsmiləşdirildi

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Xəzər Lənkəran" klubunun yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın baş məşqçi vəzifəsinə türkiyəli mütəxəssis Oğuz Çətin təyin olunub.

Ötən ilin dekabrından etibarən Mustafa Dənizlinin köməkçisi vəzifəsində çalışan O.Çətin komandanı çempionatın son 4 turunun oyunlarına baş məşqçi qismində çıxarmışdı.

Qeyd edək ki, "Fənərbağça", "Erciyesspor", "Gənclərbirliyi" və "Diyarbakırspor" klublarını çalışdırmış O.Çətin 5 il Türkiyə milli komandasının məşqçilər korpusunda yer alıb. "Xəzər Lənkəran"a gəlişindən öncə işlədiyi son klub "Boluspor" olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti