...

Bakı 2015 Avropa Oyunlarının başlanmasına bir il qalmasının geri sayımını qeyd etmək üçün könüllülük proqramına start verilir

İdman Materials 11 İyun 2014 22:10 (UTC +04:00)
Könüllülər Bakı 2015 İlk Avropa Oyunlarının keçirilməsində əsas rol oynayaraq tarixə yazılacaq hadisəyə dəvət olunma prosesindədirlər.
Bakı 2015 Avropa Oyunlarının başlanmasına bir il qalmasının geri sayımını qeyd etmək üçün könüllülük proqramına start verilir

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Könüllülər Bakı 2015 İlk Avropa Oyunlarının keçirilməsində əsas rol oynayaraq tarixə yazılacaq hadisəyə dəvət olunma prosesindədirlər.

Trend-in məlumatına görə, Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) hazırda Azərbaycanın bu günə kimi ev sahibliyi etdiyi ən böyük idman tədbirinin bir hissəsi olmaları üçün 10000 nəfər könüllü toplama mərhələsindədir.

Dünən axşam Oyunların başlanmasına bir ilin qalması münasibətilə keçirilən ziyafət mərasimində elan edildiyi kimi, müraciət prosesi qüvvədədir və Bakı 2015 Avropa Oyunları Oyunlarda səmimi mühit yaratmaq üçün enerjili və etibarlı insanların axtarışındadır. Hazırda müraciətlər onlayn şəkildə www.baku2015.com elektron ünvanında qəbul olunmaqdadır.

Azərbaycan Respublikasının Gənclər və İdman Naziri və Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Azad Rəhimov demişdir: "İlk Avropa Oyunlarında könüllü kimi fəaliyyət göstərmək, idman tədbirinin uğurla həyata keçirilməsinə yardım etməklə Azərbaycan tarixinin bir hissəsi olmaq gözəl fürsətdir.

"Bakı 2015 Avropa Oyunları Azərbaycanın gənc, müasir və qonaqpərvər Avropa ölkəsi olduğunu dünyaya göstərəcək. Mən əminəm ki, bizim könüllülərimiz Bakı şəhərində yaşayan mənəvi zəngin insanları gözəl şəkildə təcəssüm etdirəcəklər."

Könüllülərə Oyunlar zamanı yerinə yetirilmələri üçün müxtəlif vəzifələri icra etmək imkanı veriləcək. Həmin vəzifələr sırasına yüksək vəzifəli şəxslərin və idmançıların salamlanması, idman yarışlarında çalışmaq yaxud KİV nümayəndələrinə köməklik göstərmək kimi imkanlar daxildir.

Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq demişdir: "Dünyada keçirilən bütün beynəlxalq idman yarışlarında könüllülər önəmli rol oynayırlar və onların sərf etdikləri vaxt, enerji və öhdəlik olmadan belə bir oyunları həyata keçirmək mümkün olmazdı.

"İdmançılar və tamaşaçılar üçün könüllülər ilk Avropa Oyunlarının ictimai siması olacaq. Könüllülük, bu əlamətdar və tarixi idman tədbirində mühüm rol oynamaq üçün gözəl şansdır.

"Biz uğurla qeydiyyatdan keçib çox sayda azərbaycanlının və dünyanın ümumilikdə 22 ölkəsindən gəlmiş mühacirin maraqlı qarışığından ibarət BEGOC komandasının bir hissəsi olacaq şəxsləri salamlayacağımız günü səbirsizliklə gözləyirik."

500-dən çox könüllü bu yaxınlarda Tofiq Bəhramov stadionunda keçirilmiş Yeniyetmələr arasında Avropa Olimpiya Təsnifat Yarışlarında və Milli Gimnastika arenasında keçirilmiş Bədii Gimnastika üzrə Avropa Çempionatında təcrübə qazanmışdırlar.

Daha çox təcrübə qazanmaları və Avropa Oyunları müddətində komanda rəhbərlərinə çevrilmək istiqamətində çalışmaları üçün Bakı 2015 Avropa Oyunlarının könüllülərinin iştirak edə biləcəyi əlavə sınaq yarışlarının keçirilməsi nəzərdə tutulur.

İlk Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində işlər gördükcə BEGOC təşkilat kimi böyüməkdə davam edir. Hazırda texnologiya, tədbirlərin idarə edilməsi, nəqliyyat, dillər, yerləşdirilmə, kadrlar (insan resursları), marketinq və layihənin idarə edilməsi kimi bir sıra sahələrdə 100-dən çox tam ştat əsasında ödənişli iş imkanları mövcuddur.

İyul ayından etibarən 199 nəfər universitet məzunu Məzun Təlim Proqramı vasitəsilə BEGOC-a qoşulacaq. Bu yaxınlarda Azərbaycanda və Avropada məzun olan həmin şəxslərin tam potensiallarının araşdırılmasına kömək məqsədilə xüsusi tərtib edilmiş intensiv təlim proqramı ilə tamamlanan tam ştat əsasında ödənişli işləri olacaq.

Daha ətraflı məlumat üçün www.baku2015.com və www.baku2015.com/en/join-us/careers.aspx elektron ünvanlarına daxil olub məlumatlanmağınız xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti