...

Braziliyada keçirilən dünya çempionatında ilk darmadağın: ispanlar qapısında 5 top gördü

İdman Materials 14 İyun 2014 01:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Bu gün Braziliyada keçirilən DÇ-2014-də ikinci günün oyunları keçirilib.

Trend-in məlumatına görə, mundialın ikinci günü Meksika Kamerun yığması ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən matç Meksika millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

DÇ-2014-ün erkən finalı sayılan - İspaniya - Hollandiya oyununda böyük hesab qeydə alınıb. Bu oyunda Hollandiya ispanlara futbol dərsi keçirib. İspaniya yığması 1:5 hesabı ilə məğlub olub (Xavi Alonso, 26-pen. (1:0), Van Persi, 44 (1:1), Aryen Roben, 53 (1:2), Vrij, 65 (1:3), Van Persi, 72 (1:4), Aryen Roben, 80 (1:5).

Xəbər lenti

Xəbər lenti