...

Azərbaycan gimnastı Avropa çempionatında bürünc medal qazanmağa ümid edir

İdman Materials 14 İyun 2014 16:54 (UTC +04:00)
Azərbaycan gimnastı Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanmağa ümid edir.
Azərbaycan gimnastı Avropa çempionatında bürünc medal qazanmağa ümid edir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir A.Bədəlova/

Azərbaycan gimnastı Jalə Piriyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanmağa ümid edir.

Trend-in məlumatına görə, J. Piriyeva çıxış haqqında danışarkən həyəcanının olmadığını qeyd edib: "Həyəcan yoxdur. Mən öz evimdə, şəhərimdəyəm, burada öz azarkeşlərimiz var".

O, çempionatın gedişatından razı qaldığını deyib: "Çempionat çox yaxşı keçir, çox xoşuma gəlir".

İyunun 13-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yubiley - ХХХ Avropa çempionatıbaşlayıb.

Bakıda artıq üçüncü dəfə keçirilən turnirdə qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparır. Onlar 9 medal dəsti uğrunda yarışırlar.

Dünən seniorların 10 gürzlə, eləcə də 3 top və iki lentlə tapşırığı yerinə yetirdikləri qrup komandalarının yarışında azərbaycanlı gimnastlar altıncı yeri turublar. Yekunda Azərbaycan yığması 34.050 bal toplayıb. Qızıl medala Rusiya komandası yiyələnib. Hakimlər onların çıxışlarını 36.566 balla qiymətləndiriblər. İkinci yerdə 34.749 balla İtaliya, üçüncü yerdə isə 34.383 balla İsrail komandaları qərarlaşıb.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 15-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti