...

Azərbaycanın gənc sərbəst güləşçiləri AÇ-də mübarizəyə başlayır

İdman Materials 17 İyun 2014 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 iyun /Trend/

Polşanın Katovitse şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı start götürüb.

Trend Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, çempionatın ilk günündə 50, 60, 74 və 96 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizə aparacaq.

Güləşçilərimizin ilk rəqibləri məlumdur. Fərid İsmayılov (50 kq) Ukrayna, Vurğun Əliyev (60 kq) Belarus, Hacımurad Ömərov (74 kq) Litva, Səid Həmidov (96 kq) isə Ukrayna təmsilçisi ilə qarşılaşacaq.

İlk görüşlər Bakı vaxtı ilə saat 13.00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti