...

Azərbaycanın üç qadın güləşçisi AÇ-nin yarımfinalında

İdman Materials 19 İyun 2014 14:44 (UTC +04:00)
Polşanın Katovitse şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında bu gün gənc qızların mübarizəsinə qoşulan güləşçilərimizdən hər üçü yarımfinala çıxıb.
Azərbaycanın üç qadın güləşçisi AÇ-nin yarımfinalında

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Polşanın Katovitse şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatında bu gün gənc qızların mübarizəsinə qoşulan güləşçilərimizdən hər üçü yarımfinala çıxıb.

Trend Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, 44 kq-da yarışan Türkan Nəsirova 1/4 finalda ukraynalı Anastasiya Yamnuikə heç bir şans verməyib - 0:8. Türkan bununla da yarımfinala vəsiqə qazanıb və ən azı bürünc medalı özünə təmin edib.

51 kq çəki dərəcəsində qüvvəsini sınayan Azərbaycan güləşçisi Almaz İsmayılova 1/8 final mərhələsində slovakiyalı Vasiliki Kiparissovanı böyük hesabla (14:1) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə təmsilçimizin rəqibi finlandıyalı Janika Vakkila olub. Almaz bu sınaqdan da alnı açıq çıxıb: 4:2. Yarımfinalda güləşçimizi Simona Pricobla (Rumıniya) mübarizə gözləyir.

67 kq-da çıxış edən Raqnetta Qurbanzadə də adını yarımfinal iştirakçıları siyahısına yazdırıb. 1/8 finalda təmsilçimiz polşalı Laura Roboçinskanı (7:0), 1/4 finalda isə avstriyalı Martina Kuenzi (10:0) yarışdan kənarlaşdırıb. Yarımfinalda Raqnettanın rəqibi italiyalı Dalma Caneva olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti