...

Azərbaycan klublarının ÇL və Avroliqadakı rəqibləri məlum oldu (ƏLAVƏ OLUNUB)

İdman Materials 23 İyun 2014 17:54 (UTC +04:00)
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Azərbaycan klublarının ÇL və Avroliqadakı rəqibləri məlum oldu (ƏLAVƏ OLUNUB)

Püşkatmanın digər nəticəsi əlavə olunub (ilk xəbər saat 16:38-də yayılıb)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycanın, "İnter" və "Qəbələ" klublarının I təsnifat mərhələsindəki rəqibləri məlum olub:

"Elfsborq" (İsveç) - "Tiraspol" (Moldova) / "İnter" (Azərbaycan)

"Mlada Boleslav" (Çexiya) - "Qəbələ" (Azərbaycan) / "Şiroki Briyeq" (Bosniya və Herseqovina)

Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 3-də, cavab qarşılaşmaları isə bir həftə sonra keçiriləcək.

Ölkə kubokunun son qalibi "Neftçi" isə II təsnifat mərhələsində "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) oyununun qalibi ilə qarşılaşacaq.

İkinci təsnifat mərhələsinin oyunları isə 17-24 iyul tarixlərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ"ın isə Çempionlar Liqasında rəqibi Maltanın "Valletta" komandası ilə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti