...

Bu gecə dünya çempionatının ilk finalçısı məlum olacaq

İdman Materials 8 İyul 2014 11:51 (UTC +04:00)
Dünya çempionatının ilk finalçısının adı bu gecə məlum olacaq.
Bu gecə dünya çempionatının ilk finalçısı məlum olacaq

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir Ulucay Akif/

Dünya çempionatının ilk finalçısının adı bu gecə məlum olacaq.

Trend-in məlumatına görə, 1/2 final mərhələsinin ilk oyununda iki dünya nəhəngi - Almaniya və Braziliya yığmaları qarşılaşacaq. Belu-Orizonti şəhərinin "Mineyrao" stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Meydan sahibləri oyuna itkilərlə çıxacaq. Ulduz oyunçu Neymarın zədə səbəbindən yoxluğu və kapitan Tiaqo Silvanın cəzalı olması komandanı çətin vəziyyətə salıb.

Rəqibin heyətində isə heç bir itki yoxdur.

Mundialın digər finalçısının adına isə iyulun 10-da Bakı vaxtı ilə saat 01:00-da başlacayacaq Hollandiya-Argentina qarşılaşmasından sonra aydınlıq gələcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti