...

Bakı 2015-in icraçı şəxsləri ilk Avropa Oyunlarını stimullaşdırmaq üçün Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər (FOTO)

İdman Materials 6 Avqust 2014 18:43 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri bu həftə Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının (BOA) 2014 Avropa Gənclər Sessiyasında iştirak etmək üçün Yunanıstandadırlar.
Bakı 2015-in icraçı şəxsləri ilk Avropa Oyunlarını stimullaşdırmaq üçün Beynəlxalq Olimpiya Akademiyasının sessiyasında iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 6 avqust /Trend/

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı şəxsləri bu həftə Yunanıstanın Olimpiya şəhərində keçirilən Beynəlxalq Olimpiya Akademiyasının (BOA) 2014 Avropa Gənclər Sessiyasında iştirak etmək üçün Yunanıstandadırlar.

Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Beynəlxalq Olimpiya Akademiyası, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsinin birgə təşkil etdiyi sessiya Olimpiya hərəkatının tarixi və dəyərlərinin stimullaşdırılması üzərində cəmləşən maarifləndirici mühazirələr və seminarlardan ibarətdir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq komitənin birinci Avropa Oyunlarının həyata keçirilməsi istiqamətində gördüyü işlərin gedişi barəsində son məlumatları arasında Avropa Milli Olimpiya Komitəsinin nümayəndələri olan iştirakçıların diqqətinə çatdıracaq.

Kleq qeyd edib: "Mən ömrümün otuz ilini Olimpiya hərəkatına həsr etmişəm və birinci Avropa Oyunlarını təşviq etmək üçün burada - Olimpiya Oyunlarının vətənində olmaqdan məmnunluq duyuram.

İdmanın cəmiyyətdə kökü burada, Olimpiyada tapılıb və mən əminəm ki, Azərbaycan qədim ənənələrə uyğun olaraq, həmçinin paytaxt Bakını əks etdirən müasir, dinamik, innovativ və canlı şəkildə tədbiri həyata keçirəcək".

Kleq fürsətdən istifadə edərək gələn il keçiriləcək Oyunları stimullaşdırmaq üçün iştirakçılara komanda kimi marketinq strategiyası təqdim etmələri üçün çağırış etmişdir.

Öz strategiyasını BEGOC komissiyasına təqdim etməmişdən öncə iştirakçı qrupları həftə ərzində fikirləri toplayaraq tövsiyələr hazırlayacaq və həmin komissiya ən innovativ və ruhlandırıcı işi qalib kimi seçəcəkdir.

Beynəlxalq Olimpiya Akademiyası 1949-cu ildə yaradılmış, lakın 1961-ci ilə kimi rəsmi olaraq təqdim olunmamışdır. Akademiyanın əsas məqsədi Olimpiya ruhunun və əsas maarifləndirici və sosial prinsiplərinin bütün dünyada yayılmasıdır.

Bakı2015 Avropa Oyunları 2015-ci il iyun ayının 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunları olacaq. Bakı2015 Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16 Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz xalqlarını təmsil edəcəyi gözlənilir.

İdman növlərinin doqquzu 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma, atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Avropa Oyunlarının keçirilməsi Bakı şəhərinə Avropa Olimpiya Komitələri (EOC) tərəfindən 2012-ci ilin dekabr ayında həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) Oyunları EOC ilə əməkdaşlıq şəraitində təşkil edərək həyata keçirəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti