...

"Neftçi" azarkeşlərini "qara bazar"dan bilet almamağa çağırır

İdman Materials 25 Avqust 2014 20:35 (UTC +04:00)
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” - “Partizan” matçına bilet satışı davam edir.
"Neftçi" azarkeşlərini "qara bazar"dan bilet almamağa çağırır

Azərbaycan, Bakı, 25 avqust /Trend/

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Neftçi" - "Partizan" matçına bilet satışı davam edir.

Trend-in "Neftçi" futbol klubunun saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi "qara bazar"da qanunsuz bilet satışının qarşısını almaq və kassaların önündə sıxlığın yaranmaması üçün azarkeşlərdən xahiş edir ki, biletləri oyun günü yox, daha tez əldə etsinlər.

Xatırladaq ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti