...

"Neftçi" - "Xəzər Lənkəran" oyunları ilə bağlı qərar qüvvədə qaldı: qonaq azarkeşlər stadiona buraxılmayacaq

İdman Materials 9 Sentyabr 2014 15:45 (UTC +04:00)
AFFA İntizam Komitəsi "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı oyunlarla bağlı qərarını qüvvədə saxladı.
"Neftçi" - "Xəzər Lənkəran" oyunları ilə bağlı qərar qüvvədə qaldı: qonaq azarkeşlər stadiona buraxılmayacaq

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

AFFA İntizam Komitəsi "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasındakı oyunlarla bağlı qərarını qüvvədə saxladı.

Trend-in məlumatına görə, 2014/2015 mövsümündə keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçlarında baş verə biləcək hər hansı insidentin qarşısını almaq, eləcə də keçən mövsüm yaşanmış hadisələrin yenidən baş verməməsini nəzərə alaraq, bu mövsüm də İntizam Komitəsinin 2013/2014 mövsümündə qəbul edilmiş qərarları qüvvədə saxlanılır.

Belə ki, "Neftçi" və "Xəzər Lənkəran" klublarının iştirakı ilə baş tutacaq Premyer Liqa və Azərbaycan kuboku matçlarında, bu klubların öz aralarında keçirəcəyi oyunlarda qonaq komandanın azarkeşlərinin stadionlarda iştirakına qadağa qoyulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti