...

Azərbaycanı dünya çempionatında 6 velosipedçi təmsil edəcək

İdman Materials 19 Sentyabr 2014 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Sentyabrın 21-də İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı start götürəcək. Planetin ən güclülərinin mübarizə aparacağı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulacaq. O, sentyabrın 22-də fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirəcək.

Sentyabrın 23-də 18 yaşadək velosipedçilər arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış edəcəklər.

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə (time trial) qüvvəsini sınayacaq.

Sentyabrın 26-da T.İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə E.Əlizadə və K.Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti