...

Rusiyanın Olimpiya əfsanəsi Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə olunan irəliləyişləri yüksək qiymətləndirir

İdman Materials 29 Sentyabr 2014 18:05 (UTC +04:00)
Bakı 2015 Avropa Oyunlarının baş ofisinə səfərindən sonra Rusiyanın əfsanəvi buzüstü xokkey ulduzu və ikiqat Olimpiya çempionu Vyaçeslav Fetisov bu gün birinci Avropa Oyunları və Bakı şəhərindəki müasir idman obyektləri ilə əlaqədar olaraq gedən hazırlıq işlərində əldə olunan irəliləyişləri yüksək qiymətləndirib.
Rusiyanın Olimpiya əfsanəsi Bakı 2015 Avropa Oyunları ilə bağlı əldə olunan irəliləyişləri yüksək qiymətləndirir

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakı 2015 Avropa Oyunlarının baş ofisinə səfərindən sonra Rusiyanın əfsanəvi buzüstü xokkey ulduzu və ikiqat Olimpiya çempionu Vyaçeslav Fetisov bu gün birinci Avropa Oyunları və Bakı şəhərindəki müasir idman obyektləri ilə əlaqədar olaraq gedən hazırlıq işlərində əldə olunan irəliləyişləri yüksək qiymətləndirib.

Trend-in məlumatına görə, 56 yaşlı Fetisov idman karyerası müddətində ölkəsinin idman komandasının kapitanı və məşqçisi, həmçinin Amerikanın Milli Xokkey Liqasında (NHL) oynamış ilk Avropalı oyunçulardan biri olmuşdur. Buzüstü xokkey idmanı sahəsindəki karyerasının ardınca Fetisov 2002 və 2008-ci illər arasında Rusiya Federasiyasının İdman Naziri olmuş və 2014-cü il Qış Olimpiya və Paralimpiya Oyunlarının Soçi şəhərində keçirilməsində mühüm rol oynamışdır.

Eyni zamanda, 1978-1990-cı illər arasında yeddi dəfə dünya çempionu olmuş Vyaçeslav Fetisov deyib: "Bakı 2015 layihəsi və onu idarə edən komanda məndə çox xoş təəssüratlar yaratdı. Bu gün mən Oyunların möhtəşəm keçəcəyini müşahidə etdim.

"Məşğul olduqları idman növündən asılı olmayaraq bacardıqları ən yaxşı idman növünə diqqətlərini yönəltmək üçün idmançıların hamısının eyni şeylərə ehtiyacı var. Müvəqqəti yaşayış yerlərindən tutmuş təlim komplekslərinə, Oyun obyektlərinə qədər belə görmək olur ki, Bakı 2015 bütün planlaşdırmalarında idmançıların ehtiyac və rifahlarını üstün tutmuşdur. Rusiyalı idmançılardan ibarət komanda 2015-ci ilin iyununda Bakı şəhərinə gəldikdə burada xoş qarşılanacaqlarına və yarışlarda maksimum yüksək nəticə qazanmaq üçün lazım olan mükəmməl şəraitin mövcud olacağına ümid edə bilərlər."

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş Direktoru cənab Saymon Kleq söyləyib: "Cənab Fetisovu Bakı 2015 ilə tanış etmək bizim üçün çox xoş oldu. Rusiyanın keçmiş İdman Naziri olduğunu və 2014-cü ildə müvəffəqiyyətlə keçirilmiş Soçi Qış Olimpiya Oyunlarına cəlb edildiyini nəzərə alsaq, onun gördüyümüz işləri yüksək qiymətləndirməsi sevindirici haldır.

"Açılış Mərasiminə 260 gündən az bir müddət qalıb və Oyunlarla bağlı həyəcan şəhərin hər yerində nəzərəçarpacaq şəkildə artmaqdadır. Mən əminəm ki, Bakı 2015 Avropa Oyunları həm Azərbaycan, həm də bütün Avropa üçün əsl idman bayramı olacaq."

Bakı 2015 keçən həftə Azərbaycan Hava Yollarını və Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) özünün iki yeni Rəsmi Tərəfdaşı elan etməklə Rəsmi Tərəfdaşlarının sayını 6-ya çatdırmışdır.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti