...

"Bakı 2015" Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub

İdman Materials 3 Oktyabr 2014 16:14 (UTC +04:00)
"Bakı 2015" Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn yayın ilk Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək.
"Bakı 2015" Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunub

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

"Bakı 2015" Avropa Oyunları Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalında gələn yayın ilk Avropa Oyunları haqqında ətraflı təqdimat keçirəcək.

Trend-in məlumatına görə, bir həftə davam edəcək nüfuzlu görüş Rusiya Federasiyasının bu ilin əvvəlində Qış Olimpiya və Paralimpiya Oyunlarına uğurla ev sahibliyi etmiş Soçi şəhərində keçirilir.

Bakı 2015-in korporativ direktoru Elçin Səfərov Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qazanılmış son uğurları və Azərbaycanın idman nailiyyətlərini müzakirə etmək üçün Soçi şəhərinə gedən nümayəndə heyətinə rəhbərlik edəcək.

E.Səfərov qeyd edib: "Biz Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalına dəvət olunmaqdan qürur duyur və tədbiri səbirsizliklə gözləyirik. Bu, qonşu ölkənin Bakı 2015 Avropa Oyunları üçün planların nə dərəcədə inkişaf etdiyini və artıq qitədə maraq və stimulun necə yaranmasını başa düşməsinə kömək etmək üçün əhəmiyyətli fürsətdir. Bizim təqdimatımız və mühazirəmizdə əsas diqqət ilk Avropa Oyunlarının 20 idman növü üçün innovativ planlar və bu vaxta qədər işlərimizə necə nail olduğumuza cəmləşəcək. Mən bu təklifə görə Rusiya Jurnalistlər İttifaqının rəhbəri cənab Vsevolod Boqdanova təşəkkür edirəm".

Rusiya Jurnalistlər İttifaqı tərəfindən təşkil olunan Ümumrusiya Beynəlxalq Jurnalistlər Festivalı artıq 18 ildir keçirilir və bu festivalda 1000-dən çox nüfuzlu media nümayəndəsi iştirak edəcək.

Digər iştirakçıların sırasına Birləşmiş Millətlər Təşkilatının üzvləri, YUNESKO nümayəndələri, müxtəlif beynəlxalq jurnalist təşkilatlarının və Avropa media qurumlarının rəhbərləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti