...

Azərbaycan çempionatında ilk gün (FOTO)

İdman Materials 4 Oktyabr 2014 23:39 (UTC +04:00)
Quba-Qusar-Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı start götürüb.
Azərbaycan çempionatında ilk gün  (FOTO)

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Quba-Qusar-Xaçmaz rayonları ərazisində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatı start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, 4 gün davam edəcək yarışda Azərbaycan Velosiped İdmanı Federasiyasının nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupuna aid olan 100-ə yaxın idmançısı mübarizə aparır. Bundan başqa, yarışda Gürcüstan yığma komandasının 8 üzvü də çıxış edir.

Bu gün iştirakçılar fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti 3 gün ərzində isə qrup ötüşmələri keçiriləcək. Azərbaycan çempionları da məhz 4 yarış gününün yekununa əsasən müəyyənləşəcək.

Xəbər lenti

Xəbər lenti