Azərbaycan, Bakı, 7 oktyabr /Trend/
Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin iştirakçıları paytaxtda gəzintiyə çıxıblar.
Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumatına görə, Qran-Pridə iştirak edən şahmatçılar öz yaxınları ilə birgə Dövlət Bayrağı Meydanında, İçərişəhərdə yerləşən Qız Qalası və Şirvanşahlar Muzey Kompleksində olublar.
Qonaqlara Bakının tarixi, yeni tikililəri və adət-ənənələri ilə bağlı məlumat verilib.