Azərbaycan, Bakı, 11 oktyabr /Trend/
Azərbaycan millisi Avro-2016-nın seçmə mərhələsinin II turu çərçivəsində ikinci oyununu keçirib.
Trend-in məlumatına görə, komandamız Palermo şəhərində İtaliya ilə qarşılaşıb. Əsasən ikinci hissə gərgin keçib və millimiz 2:1 hesabı ilə məğlub olub. Qollar: Kyellini, 44 (1:0), Kyellini, 76-avtoqol (1:1), 83 (2:1)
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsinin ilk oyununda millimiz Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzub.
Xatırladaq ki, komandamız Avro-2004-ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparmışdı. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.