...

Bakıda "Baku World Challenge-2014" beynəlxalq yarışın qalibləri müəyyənləşib (FOTO)

İdman Materials 2 Noyabr 2014 15:07 (UTC +04:00)
Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan "Baku World Challenge-2014" üçüncü beynəlxalq yarışın qalibləri müəyyənləşib.
Bakıda "Baku World Challenge-2014" beynəlxalq yarışın qalibləri müəyyənləşib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan "Baku World Challenge-2014" üçüncü beynəlxalq yarışın qalibləri müəyyənləşib. Trend-in məlumatına görə, yarış Azərbaycan gənclər və idman nazirliyi və Azərbaycan Avtomobil federasiyasının dəstəyi ilə "Aztexnika" şirkəti tərəfindən təşkil olunub.

Mübarizə Bakıdakı məşhur "Baku Crystal Hall" və Dövlət bayrağı Meydanı ilə yanaşı tamami ilə yeni və xüsusi hazırlanmış dörd kilometrlik yarışma trassasında dünyanın titullu pilotlar arasında keçib.

Peşəkarlar arasında birinci yeri Belgian Audi Club Team WRT (pilotlar Cezar Ramos və Lourent Vantur) komandası tutub, ikinci - Böyük Britaniyadan Beechdean AMR (Conni Adam və Endi Soucek), üçüncü yeri isə Almaniyadan Phoenix Racing (pilotlar Niki Mayer və Markus Vinkelxoq) tutublar.

Həmçinin ən yaxşı mexaniklər və yarıpeşəkarlarda mükafatlandırılıblar.

Qalib komandalar üçün baş mükafat fondu birinci yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir.

Yarışda Beynəlxalq avtomobil idmanı federasiyasını təmsil edən 59 nəfər, 17 komandada 30 ali dərəcəli avtomobillə iştirak ediblər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3 və Corvette Z06 G.

Tədbirin canlı yayımı Eurosport telekanalında gedib və yarışlara Avropa ölkələrində Yaxın Şərq, eləcə də Avstraliya, Asiya, Amerika və Afrika müşahidə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti