Azərbaycan, Bakı, 4 noyabr /Trend/
Azərbaycan klublarına avrokuboklarda iştirak üçün vəsait ödənilib. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
UEFA-nın klub yarışlarında çıxış edən klublar üçün UEFA tərəfindən AFFA-ya daxil olmuş pul vəsaiti klubların hesabına ödənilib:
UEFA Çempionlar Liqası
Çempionluq bonusu
"Qarabağ" FK (3-cü seçmə mərhələ) - 575 000.00 avro
UEFA Avropa Liqası
"İnter" (2-ci seçmə mərhələ) - 250 000.00 avro
"Qəbələ" (1-ci seçmə mərhələ) - 120 000.00 avro
"Neftçi" (play-off) - 420 000.00 avro