...

AFFA prezidenti: "Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik"

İdman Materials 7 Noyabr 2014 13:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir Emil İsmayılov/

Azərbaycanın futbol hakimlərinin səviyyəsi Avropa çempionatlarındakı hakimlərdən yüksəkdir. Trend-in məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Premyer Liqada təmsil olunan "Araz-Naxçıvan" komandasının fəaliyyətinin dayandırılmasında hakim səhvlərinin olması məsələsinə münasibət bildirərkən jurnalistlərə deyib.

R.Abdullayev bildirib ki, səhvsiz hakim yoxdur: "Lakin biz Azərbaycanda hakimin qəsdən səhv etməsinin kökünü kəsmişik. Sağlam gənc hakimlərin sayını artırmışıq. "Oynamıram" deyib, elə bəhanəni hakimin boynuna atmaq düzgün deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti