...

"Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri yenə də dinc durmadılar

İdman Materials 9 Dekabr 2014 14:47 (UTC +04:00)
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
"Neftçi" və "Xəzər Lənkəran" azarkeşləri yenə də dinc durmadılar

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Azərbaycan kubokunun 1/8 final mərhələsinin və Premyer Liqanın XV turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Dekabrın 3-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçi" - "Qaradağ Lökbatan" matçının 68-ci dəqiqəsində "Neftçi" klubunun 18 №-li futbolçusu Cave da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Neftçala" - AZAL matçında "Neftçala" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində "Neftçala" klubunun 21 №-li futbolçusu Elvin Adışirinli və AZAL klubunun 3 №-li futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL klubu 2000, "Neftçala" klubu 200 manat cərimə olunub.

Kubokun 1/8 final mərhələsinin "Simurq" - "Rəvan" matçının 55-ci dəqiqəsində "Rəvan" klubunun 99 №-li futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

"Sumqayıt" - "Bakı" matçında isə "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində "Sumqayıt" klubunun 5 №-li futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində "Bakı" klubunun 10 №-li futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb klub 2000 manat cərimə olunub.

Dekabrın 7-də Premyer Liqanın XV turunun "Xəzər Lənkəran" - "Qəbələ" matçında "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 58 və 82-ci dəqiqələrində "Xəzər Lənkəran" klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

"Qarabağ" - "Neftçi" matçında "Neftçi" klubunun azarkeşləri tərəfindən protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti