...

Baş məşqçi: I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək üzgüçülər nəticələrini xeyli yaxşılaşdırıblar (FOTO)

İdman Materials 10 Dekabr 2014 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycan üzgüçüləri nəticələrini xeyli yaxşılaşdırıblar.

Azərbaycan Üzgüçülükü Federasiyasından Trend-ə verilən məlumata görə, 3-7 dekabr tarixlərində Qətərin Doha şəhərində keçirilən qısa suda üzgüçülük üzrə 1-ci Dünya çempionatında Azərbaycan 6-sı oğlan, 2-si qız olmaqla 8 idmançı ilə təmsil olunmuşdu.

Azərbaycanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Rəşad Əbdülrəhmanov bildirib ki, yarışa qatılan və 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək bu üzgüçülər nəticələrini xeyli yaxşılaşdırıblar: "Bu yarış bildiyiniz kimi böyüklər arasında idi. Bizim komanda dünya çempionatına nəticədən daha çox beynəlxalq təcrübə qazanmaq məqsədi ilə qatılmışdı. Üzgüçülərimiz bu yarışda öz nəticələrini xeyli yaxşılaşdırdılar. Lakin hələ işləmək, məşqlər etmək, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına qədər maksimum dərəcədə beynəlxalq yarışlarda və turnirlərdə təcrübəmizi artırmaq, nəticələri maksimuma çatdırmaq lazımdır. İdmançılarımızdan yüksək yerlər gözləyirik".

Onun sözlərinə görə, idmançılarımızdan Boris Kirilov Ümumdünya Üzgüçülük Federasiyasının (FİNA) reytinq siyahısına əsasən 713, Anton Jeltikov isə 728 xal qazanıb və bu, artıq xeyli yaxşı göstərici hesab olunur.

R.Əbdülrəhmanov qeyd edib ki, qış tətili ilə əlaqədar idmançılar dincələcəklər. 2015-ci il yanvarın 10-da isə komanda yenidən Mingəçevir şəhərində toplanacaq və növbəti təlim məşq toplanışına start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti