...

Qazaxıstan futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir

İdman Materials 13 Dekabr 2014 12:57 (UTC +04:00)
Qazaxıstan 2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə vermək niyyətindədir.
Qazaxıstan futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir

Azərbaycan, Bakı, 13 dekabr /Trend/

Qazaxıstan 2026-cı ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün ərizə vermək niyyətindədir.

Trend TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qazaxıstan Futbol Federasiyasının prezidenti vəzifəsindən istefa verdiyini açıqlayan Adilbek Caksıbekov bildirib.

A.Caksıbekov öz yerinə Turizm və İdman Agentliyinin sabiq rəhbəri Yerlan Kojaqapanovun təyin edilməsini tövsiyə edib.

Qeyd edək ki, Qazaxıstan yığmasına rusiyalı məşqçi Yuri Krasnojan rəhbərlik edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti