...

AIBA azərbaycanlı mütəxəssisə böyük etimad göstərdi

İdman Materials 26 Dekabr 2014 16:22 (UTC +04:00)
Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib.
AIBA azərbaycanlı mütəxəssisə böyük etimad göstərdi

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AIBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya böyük etimad göstərib.

Trend ABF-yə istinadən məlumat verir ki, həmyerlimiz bundan sonra AIBA büro üzvü kimi də faəliyyət göstərəcək. Beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda 4 nəfər təmsil olunur. Bunlar Avropa Boks Federasiyasının prezidenti Franko Falçinelli, AIBA-nın vitse-prezidenti Kelani Bayor, AIBA İcraiyyə Komitəsinin üzvü Pet Flakko və S.Mikayılovdur. Büro üzvləri 4 il müddətinə seçiliblər. Büro dünya boksunda ən vacib məsələləri müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarır.

Bununla bağlı AIBA prezidenti Çinq Ko Vunun ABF-in vitse-prezidentinə göndərdiyi məktubda deyilir: "Boksun inkişafında göstərdiyiniz xidmətə görə sizin bu qurumda fəaliyyət göstərməyiniz məqbul sayıldı. Əminəm ki, işinizin öhdəsindən uğurla gələrək, bu idman növünün tərəqqisi üçün əlinizdən gələni edəcəksiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti