Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir Məftun Salmanov/
Belqradda məşhur tennisçi Novak Cokoviçin restoranında oğurluq qeydə alınıb.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cinayətkarlar ventilyasiya sistemi vasitəsilə restorana daxil olduqdan sonra ofisin qapısını sındırıblar.
Onlar restorandan 7 min avro və müşahidə kamerasının görüntülərini götürüblər.
Qeyd edək ki, tennisçinin ailəsinin Belqradda iki restoranı var.