...

Azad Rəhimov: "Biz sübut etmişik ki, Azərbaycan həqiqətən də idman ölkəsidir"

İdman Materials 6 Fevral 2015 17:54 (UTC +04:00)
“Bakı 2015 Avropa Oyunlarının keçirilməsi istiqamətində qısa müddətdə Azərbaycanda görülən işlər Avropanın bütün idman sahəsində çalışan mütəxəssislərini təəccübləndirir”.
Azad Rəhimov: "Biz sübut etmişik ki, Azərbaycan həqiqətən də idman ölkəsidir"

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir Elçin Mehdiyev/

"Bakı 2015 Avropa Oyunlarının keçirilməsi istiqamətində qısa müddətdə Azərbaycanda görülən işlər Avropanın bütün idman sahəsində çalışan mütəxəssislərini təəccübləndirir". Trend-in məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının I Avropa Oyunları ilə əlaqədar Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, həqiqətən də çox rekord bir müddətə həm yeni qurğular tikildi, həm də işlər aparıldı və ən əsası, təşkilati işlərdə böyük irəliləyişlər əldə edildi: "Bu gün biz sübut etmişik ki, Azərbaycan həqiqətən də idman ölkəsidir və belə möhtəşəm yarışları qəbul etməyə bizim həm imkanımız, həm də təcrübəmiz var".

A.Rəhimov bildirib ki, bu Oyunların Azərbaycan üçün, ən əsası, Bakı şəhəri üçün böyük bir irsi qalacaq: "Çoxlu yeni küçələr salınıb, binalar təmir olunub, parklar salınıb, abadlaşdırma işləri aparılıb. Amma ən əsası, bizim gənclərimizdir, könüllülərimizdir, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışan gənclərimizdir. Onlar böyük bir təcrübə ilə gələcəkdə də ən yüksəksəviyyəli tədbirləri Azərbaycanda keçirməyə qadirdilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti