İlk xəbər saat 18:35-də yayılıb
Azərbaycan, Bakı, 18 fevral /Trend/
"Qarabağ" futbol klubu "Neftçi"yə qəribə təklif irəli sürüb.
Trend Ağdam klubunun saytına istinadən məlumat vreir ki, Əliyar Ağayevin 2 tur öncə idarə etdiyi "Neftçi" - "Simurq" qarşılaşmasından sonra idarəçiliklə bağlı yaranmış narazılıq və bu gün "Neftçi" - "Qarabağ" görüşünün təyinatlarından sonra yaranmış ajiotajı nəzərə alaraq "Qarabağ" rəhbərliyi "Neftçi" PFK-ya müraciət edib.
Müraciətdə deyilir: "Neftçi" - "Qarabağ" matçına təyinatlar açıqlandıqdan sonra Əliyar Ağayevlə bağlı yaranmış söz-söhbəti nəzərə alaraq, Əliyar Ağayevin istənilən hakimlə əvəz olunmasını təklif edirik".
"Qarabağ" hakimin dəyişdirilməsi ilə əlaqədar AFFA-ya da müraciət edib.
Klubun direktoru Əmrah Çəlikəlin imzası ilə federasiyaya ünvanlanan müraciətdə deyilir: "Premyer Liqanın XXIII turunda baş tutacaq "Neftçi" - "Qarabağ" oyununa təyinat almış Əliyar Ağayevin adı ətrafında yaranmış söz-söhbətləri nəzərə alaraq, müvafiq qurumlara oyunun baş hakiminin istənilən hakimlə dəyişdirilməsini təklif edirik".