...

"Qarabağ" "Neftçi"ni də sıradan çıxartdı, "Qəbələ" "Xəzər Lənkəran"a futbol dərsi keçdi (ƏLAVƏ OLUNUB-2)

İdman Materials 19 Fevral 2015 20:51 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarına start verilib.
"Qarabağ" "Neftçi"ni də sıradan çıxartdı, "Qəbələ" "Xəzər Lənkəran"a futbol dərsi keçdi (ƏLAVƏ OLUNUB-2)

"Neftçi" - "Qarabağ" oyunu haqqında məlumat əlavə olunub (ilk xəbər saat 17:01-də yayılıb)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü turun oyunlarına start verilib.

Trend-in məlumatına görə, son turlarda baxımlı oyun sərgiləyən AZAL "İnter"i qəbul edib.

Oyunun ilk dəqiqəsində Freddi Mombonqo "təyyarəçilər"i sevindirib. "Bankirlər"in cavabı çox gecikməyib: 18-ci dəqiqədə Franka Nildo fərqlənib - 1:1.

Matçda başqa qol qeydə alınmayıb.

Turun digər oyunu Qəbələ keçirilib. Burada eyniadlı klub "Xəzər Lənkəran"ı qəbul edib.

Oyunda ilk qol cənublulardan gəlsə də (Saido Tounkara - 33'), "Qəbələ" futbolçuları 48 (Ekiqo Ehiosun) və 77-ci (Ruslan Abışov) dəqiqələrdə "Xəzər Lənkəran"ın qapısına yol tapa biliblər.

Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə Urfan Abbasov son nöqtəni qoyub - 3:1.

"Simurq" Zaqatalada "Sumqayıt"ı sınağa çəkib. Bu oyunda da komandalar meydandan sülhlə ayrılıblar - 1:1.

Turun sonuncu - mərkəzi oyunu Bakıda keçirilib. "Neftçi" "Qarabağ"ı qəbul edib.

Gərgin keçən matçın ilk hissəsində qol qeydə alınmayıb. Matçın 89-cu dəqiqəsində Reynaldo Silvanın vurduğu qol isə Ağdam təmsilçisini sevindirib - 0:1.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti