...

Oyun zamanı "təyyarəçilər" və "bankirlər" dalaşdılar (VİDEO)

İdman Materials 19 Fevral 2015 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Premyer Liqanın 23-cü turu çərçivəsində keçirilən AZAL - "İnter" oyunundan sonra futbolçular arasında dava düşüb.

Trend-in hadisə şahidlərinə istinadən verdiyi məlumata görə, qalmaqal AZAL-ın oyunçusu Nicat Qurbanovun "İnter"in futbolçusuna qarşı kobudluğundan sonra başlayıb. Hakim insidenti yatırsa da, final fiti səslənəndən sonra tərəflər arasında kütləvi dava düşüb.

Yalnız polislərin səyi nəticəsində futbolçular sakitləşdirilib.

Peşəkar Futbol Liqasından Trend-ə bildiriblər ki, baş verən insident araşdırılaraq müvafiq qərar çıxarılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti