...

Azərbaycanın dünya reytinqli yarışda ilk medalı (FOTO)

İdman Materials 4 Mart 2015 13:41 (UTC +04:00)
Səmti müəyyən etmə idman növü üzrə 26 fevral – 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən Dünya reytinqli yarışa (WRE statuslu) yekun vurulub.
Azərbaycanın dünya reytinqli yarışda ilk medalı (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Səmti müəyyən etmə idman növü üzrə 26 fevral - 1 mart tarixlərində Türkiyənin Antalya və Alanya şəhərlərində keçirilən Dünya reytinqli yarışa (WRE statuslu) yekun vurulub.

Trend xəbər verir ki, yarışa "Dağçılıq" İdman Klubu, "Neftçi" İB, "Bakı Azimutu" klublarından ümumilikdə 11 idmançı qatılıb.

Yarış Azərbaycanın səmti müəyyən etmə idmanı üçün böyük uğurla yadda qalıb. Belə ki, Alanya şəhərinin Cebeli Reis, Gedevet və Alanya Kastl ərazilərində qısa, orta məsafələr və eləcə də sprint üzrə M40 kateqoriyasında çıxış edən idmançımız - Xəyyam Məmmədov dörd mərhələnin cəmi üzrə üçüncü yeri tutaraq yarışın bürünc medalına sahib olub.

Azərbaycan tarixində ilk dəfə olaraq səmti müəyyən etmə idman növü üzrə beynəlxalq statuslu yarışda qazanılmış medal ölkəmiz üçün idman sahəsində əldə edilmiş uğurlardan biridir.

Məlumat üçün qeyd edək ki, hər il Türkiyədə təşkil olunan WRE (dünya reytinqli yarış) statuslu "Antalya O Days" turnirinə ölkəmizlə yanaşı İsveç, Finlandiya, Danimarka, Norveç, İsveçrə, Rumıniya, Rusiya, Belarus, Qazaxıstan kimi ölkələr də qatılıblar. Ümumilikdə 2000-dən çox idmançı 12-dən çox kateqoriya üzrə keçirilən yarışda qüvvələrini sınayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti