...

"Qəbələ" qalib gəldi, "Neftçi" Lənkəranda məğlub olmadı (ƏLAVƏ OLUNUB)

İdman Materials 9 Aprel 2015 20:50 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilir.
"Qəbələ" qalib gəldi, "Neftçi" Lənkəranda məğlub olmadı (ƏLAVƏ OLUNUB)

"Qəbələ" - "Simurq" oyunu ilə bağlı məlumat əlavə olunub (ilk xəbər saat 19:00-da yayılıb)

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları keçirilir.

Trend-in məlumatına görə, turun mərkəzi oyunu Lənkəranda keçirilib - "Xəzər Lənkəran" "Neftçi"ni qəbul edib. İlk hissədə paytaxt klubu Julius Vobay və Erik Ramosun qolları ilə önə keçsə də, ikinci hissədə ssenari dəyişib. Əvvəlcə Rahid Əmirquliyev, sonra Adrian Skarlatakenin qolları ilə cənub təmsilçisi hesaba tarazlıq gətririb - 2:2.

"Qarabağ" AZAL-ı sınağa çəkib. Oyuna "təyyarəçilər" aktiv başlayıblar - 10-cu dəqiqədə Seymur Əsədov fərqlənib. Lakin 10 dəqiqə sonra Leroy Corc hesabı bərabərləşdirib. İkinci hissənin əvvəlində Vüqar Nadirov son nöqtəni qoyub - 2:1.

"Sumqayıt" - "Bakı" oyununda hesab açılmayıb.

Tura bu gün "Qəbələ" - "Simurq" oyunu ilə yekun vurulub. Oyun "Qəbələ"nin minimal hesablı qələbəsi ilə başa çatıb. 60-cı dəqiqədə Ruslan Abışov fərqlənib - 1:0.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti