...

San Marino idmançısı Avropa Oyunlarına vəsiqə qazanmağa iddialıdır

İdman Materials 9 Aprel 2015 20:30 (UTC +04:00)
Taekvondo üzrə San Marino taekvondoçusu Mişel Çekkaroni Bakı-2015-də yarışa bilmək üçün üçün məşq edir.
San Marino idmançısı Avropa Oyunlarına vəsiqə qazanmağa iddialıdır

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Taekvondo üzrə San Marino taekvondoçusu Mişel Çekkaroni Bakı-2015-də yarışa bilmək üçün üçün məşq edir.

Trend Avropa Oyunlarının saytına istinadən məlumat verir ki, Peruciada keçirilmiş regionlararası turnirdə M.Çekkaroni 68 kq çəki dərəcəsində qızıl medal əldə edərək Bakı-2015 Avropa Oyunlarında iştirak hüququnu əldə etməyə çox yaxınlaşıb.

Onun Bakı-2015 tərəfindən iştirak üçün razılıq əldə edəcəyi hələlik məlum deyil.

M.Çekkaroni yaxşı formada qalmaq üçün məşq edir. O bu yaxınlarda Serravalle şəhərində Daniele Leardini, Françesko Mayani, Luka Ciotti, Noah Francioni və Elias Lonfernini daxil olmaqla ölkənin taekvondo üzrə ən yaxşı idmançıları ilə mübarizə aparıb.

Onlar 2012-ci il London olimpiadasının qızıl medal sahibi Karlo Molfetta və ikiqat Olimpiya çempionu Mauro Sarmiento daxil olmaqla yüksək səviyyəli italiyalı idmançıların nəzarəti altında məşq ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti