...

FIFA-nın 9 məmuruna rəsmi olaraq korrupsiya ittihamı irəli sürüldü

İdman Materials 27 May 2015 15:48 (UTC +04:00)
FIFA-nın 9 məmuruna və hazırda təşkilatda işləməyən daha 5 nəfərə rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb.
FIFA-nın 9 məmuruna rəsmi olaraq korrupsiya ittihamı irəli sürüldü

Azərbaycan, Bakı, 27 may /Trend/

FIFA-nın 9 məmuruna və hazırda təşkilatda işləməyən daha 5 nəfərə rəsmi olaraq korrupsiya ittihamı irəli sürülüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Reuters" agentliyi ABŞ Ədliyyə Nazirliyinin nümayəndəsinin bəyanatına istinadən xəbər yayıb.

Departamentin bəyanatında deyilir ki, təşkilatın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Ceffri Uebb də daxil olmaqla, FIFA-nın 7 məmuru Sürixdə İsveçrə hökuməti tərəfindən həbs edilib və onlar ABŞ-a ekstradisiya ediləcək.

Məlumatda bildirilir ki, 4 məmur və hazırda FIFA-da işləməyən 2 nəfər artıq təqsirlərini etiraf ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti