...

"Qəbələ" və "İnter" tarix yazdılar (VİDEO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 23 İyul 2015 23:29 (UTC +04:00)
Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
"Qəbələ" və "İnter" tarix yazdılar (VİDEO) (ƏLAVƏ OLUNUB)

"İnter" - "Hafnarfyordur" oyununun nəticəsi əlavə olunub (ilk xəbər saat 22:48-də yayılıb)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

Trend-in məlumatına görə, "Qəbələ" Serbiyanın "Çukariçki" klubunu qəbul edib.

İlk oyunda səfərdə minimal hesabla (0:1) məğlub olan qəbələlilər bu dəfə rəqib qapısına yol tapa biliblər - 39-cu dəqiqədə Sergey Zenyov fərqlənib.

53-cü dəqiqədə S.Zenyov hesab arasındakı fərqi artırıb - 2:0. Oyun elə bu hesabla da başa çatıb.

Beləliklə, tarixində ilk dəfə II təsnifat mərhələsində iştirak edən "Qəbələ" III mərhələyə yüksəlməklə növbəti dəfə tarix yazıb.

Təmsilçimizin növbəti mərhələdəki rəqibi "Trakai" (Litva) - "Apollon" (Kipr) cütünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun kiprlilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

X X X

Bakının "İnter" klubu isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi İslandiyanın "Hafnarfyordur" komandasını qəbul edib.

Oyunda hesabı paytaxt təmsilçiləri açıblar - Abbas Hüseynov, 45+1' (1:0)

Lakin ikinci hissənin əvvəlində qonaqlar iki ardıcıl qolla önə keçiblər - 1:2. 55-ci dəqiqədə "Hafnarfyordur"un heyətində ikinci qolun müəllifi Finnboqason qırmızı vərəqə alaraq meydanı tərk edib.

Əsas vaxt bu hesabla başa çatıb. İki oyunun nəticəsinə görə hesab bərabər olduğundan qalibi müəyyən etmək üçün əlavə vaxt təyn edilib.

Əlavə hissənin əvvəlində Rauf Əliyev hesaba tarazlıq gətirib - 2:2. Oyun bu hesabla yekunlaşıb.

Beləliklə, bu nəticə ilə "İnter" tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın növbəti mərhələdə rəqibi İspaniyanın "Atletik" klubu olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti