...

Velosipedçimiz Ukraynada çempion oldu

İdman Materials 10 Avqust 2015 17:21 (UTC +04:00)
Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna" Qran-Prisinə yekun vurulub.
Velosipedçimiz Ukraynada çempion oldu

Azərbaycan, Bakı, 10 avqust /Trend/

Ukraynanın Lvov şəhərində velosiped idmanının trek növü üzrə "Galichyna" Qran-Prisinə yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında Azərbaycan yığma komandası 1 qızıl və 3 gümüş medal qazanıb.

Qızıl medal 500 metr məsafəyə sprint yürüşündə hamını qabaqlayan Sergey Omelçenkonun aktivindədir. Velosipedçimiz bundan başqa, 200 metr məsafəyə mübarizədə və keyrində aktivinə daha 2 gümüş medal əlavə edib.

Digər gümüş medala isə Yelena Pavluxina yiyələnib - o, 10 km məsafəyə skretç yarışında fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti