...

"Neftçi"nin sabiq qapıçısı yunanların şərəfini qoruyacaq

İdman Materials 20 Avqust 2015 13:51 (UTC +04:00)
"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib.
"Neftçi"nin sabiq qapıçısı yunanların şərəfini qoruyacaq

Azərbaycan, Bakı, 20 avqust /Trend/

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin yeni klubu müəyyənləşib.

Trend-in məlumatına görə, serbiyalı qolkiper "Kerkira"ya transfer olunub. Bu barədə Yunanıstan klubunun saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki, S.Stamenkoviç bu ilin iyununda "Neftçi"dən ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti