...

"Old Trafford"u siçan basıb

İdman Materials 3 Sentyabr 2015 02:01 (UTC +04:00)
"Mançester Yunayted" klubunun "Old Trafford" stadionu sanitar təftişin yekunları üzrə yüksək qiymət ala bilməyib.
"Old Trafford"u siçan basıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend/

"Mançester Yunayted" futbol klubunun "Old Trafford" stadionu sanitar təftişin yekunları üzrə yüksək qiymət ala bilməyib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna səbəb meydanda və tribunaların altındakı məkanlarda xeyli sayda siçanların aşkar edilməsi olub.

Yoxlamalar zamanı arena ərazisindəki restoranların işindən də narazı qalınıb. Məhsulların saxlanılma normalarının pozulması müəyyən edilib.

Qeyd edək ki, 2006-cı ildə "Mançester Yunayted" "Berton Albion" ilə İngiltərə Kubokunda qarşılaşarkən qonaq futbolçuların bəziləri meydanda gəmiricilərin olmasından şikayətlənmişdilər. 4 ildən sonra "qırmızı şeytanlar" "Vest Hem"i qəbul edərkən siçan fotokameranın obyektivinə düşmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti