...

Dünya qolfunun əfsanəsi Colin Montgomerie Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi (FOTO)

İdman Materials 5 Oktyabr 2015 14:05 (UTC +04:00)
Azərbaycana ilk dəfə gələn Ryder kubokunun qalibi olmuş Colin Montgomerie (Kolin Montqomeri) 4 oktyabr tarixində Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi.
Dünya qolfunun əfsanəsi Colin Montgomerie Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi (FOTO)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend/

Azərbaycana ilk dəfə gələn Ryder kubokunun qalibi olmuş Colin Montgomerie (Kolin Montqomeri) 4 oktyabr tarixində Dreamland Qolf Klubunun rəsmi açılışında iştirak etdi.

Dünya şöhrətli məşhur qolf memarı Cynthia Dye (Sintiya Day) tərəfindən dizayn edilən paytaxt Bakının ilk qolf sahəsi rəsmi olaraq Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən açıq elan edildikdən sonra Colin Montgomerie beynəlxalq turnirlərin keçirilməsi imkanlarına sahib olan qolf sahəsində ilk atışını etdi.

Avropa və dünyanın ən məşhur qolfçusu olan Colin Montgomerie 8 dəfə Ryder Cup kubokunun qalibi olmuş, dünya üzrə 48 dəfə müxtəlif sərlövhəli qalibiyyətlər qazanmışdır. Bundan əlavə rekord qıraraq Avropa Turniri Merit Siyahısının 8 dəfə lideri olmuşdur.

Colin Montgomerie kiçik yaşlı qolfçularla görüşərək onlara qolf dərsləri də verdi. Bundan başqa müxtəlif ölkələrdən qonaq gəlmiş və 4 oktyabr tarixində özəl təşkil edilmiş qolf turnirində iştirak edən hər bir qolfçu Colin Montgomerie ilə birgə qolf atışları etmək imkanı qazandılar.

Tədbirə dəvət alan yerli media Dreamland Golf Klubun direktoru Philip Jones (Filip Cons) tərəfindən qarşılandı. Qolf sahəsi üzrə media nümayəndələrinə ətraflı məlumat verən Philip Jones Azərbaycan üçün tam yeni olan bu idmanın Azərbaycanın regionda nüfuzunun qalxmasına, turizmin inkişafına kömək edəcəyini də qeyd etdi. "Qolf Azərbaycana qonşu olan Türkiyə və Rusiya Federasiyasında çox məşhurdur.

Qolf bir idman kimi ölkə nüfuzunun qalxmasında əhəmiyyətli rola malikdir. Məsələn, Əbu-Dabidə eyni ildə həm Formula 1 və həm də Qolf turnirinin keçirilməsi bu şəhəri dünyada çox məşhur etdi. Bakının iqlimi ilin 9 ayı qolf oynamağa imkan verir ki, bu da böyük amildir. Məsələn, Rusiyada artıq qolf mövsümü tamamlanmışdır. Bu o deməkdir ki, biz atıq Rusiyada qolf həvəskarlarını Dremaland Golf Clubda qəbul edəcəyik." Philip Jones həm də ərazidə qolf sahəsinin necə yaradıldığından danışdı. Sahə üzrə Colin Montgomerienin qolf atışlarını izləyən jurnalistlər onları maraqlandıran sualları Philip Jones´a ünvanladılar.

Daha sonra media nümayəndələri Dremland Golf Akademiyasında təşkil edilən trick shot shownu (trik şot şou) izləməyə dəvət edildilər.

Dünya üzrə qolf həvəskarlarının çox sevdiyi trick show qolf oynamaq üçün istifadə edilən qolf ləvazimatları ilə qeyri-qolf hərəkətlərinin edilməsidir. Məsələn qolf çubuğu və topu ilə tennis vuruşu etmək və ya iki topa eyni anda zərbə endirmək buraya daxildir. Açılış münasibətilə Bakıya hazırda dünya trick shot show´nun qalibi Geoff Swain (Cef Sveyn) dəvət edilmişdi. Geoff Swain öz ustalığı ilə gələn bütün qonaqlar yerli və xarici media nümayəndələrinin marağına səbəb oldu.

Dreamland haqqında danışarkən Montgomerie vurğulamışdır: "Mən karyeram ərzində yüzlərlə qolf sahələrində olmuşam. Dreamland Golf klubu öz standartlarına görə heç bir yerdən geridə qalmır və əksinə bir çox qolf sahələrindən daha gözəldir. Burada yaradılan şərait, villalar, restoran, qolf akademiyası daxil olmaqla bütün təsislərə görə tam dünya səviyyəsindədir. Qolfun Azərbaycan kimi yeni ölkələri fəth etməsi çox gözəldir. İnanıram ki, Bakının mərkəzindən bir neçə dəqiqəlik məsafədə olan Dreamland Golf Club tərkibinə daxil olan qolf akademiyası Azərbaycanda yeni qolfçular yetişdirəcəkdir".

Dreamland Qolf Klubu 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də iki mərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti