...

UEFA prezidentinin Azərbaycana səfəri təxirə salındı

İdman Materials 8 Oktyabr 2015 18:20 (UTC +04:00)
UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.
UEFA prezidentinin Azərbaycana səfəri təxirə salındı

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

UEFA prezidenti Mişel Platinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.

Bir müddət əvvəl UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd M.Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununu izləyəcəyi barədə xəbər verilmişdi. Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, M.Platininin futbol sahəsində fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.

Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.

Xəbər lenti

Xəbər lenti